Putin qonaqlarını ekskursiyaya apardı
2023-12-26 15:06:10
Hurriyyet.az xəbər verir ki, MDB dövlət başçılarının ənənəvi qeyri-formal görüşü başlayıb. Tədbirdə Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Belarus və Ermənistan liderləri iştirak edirlər. Görüşdən əvvəl RF Prezidenti Vladimir Putin Peterburq saraylarına ekskursiya təşkil edib. Sammit Strelnedəki Konstantin sarayında söhbətlə başa çatacaq.
Hürr Tərcüman