📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Qorbaçovla belə vidalaşdı - VİDEO

2022-09-01 15:06:00

Putin Qorbaçovla belə vidalaşdı - VİDEO

Rusiya Prezidenti Vladimir Putin avqustun 30-u vəfat edən SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovla vidalaşıb.

Hurriyyet.az xəbər verir ki, V.Putin Kalininqrad şəhərinə yola düşməzdən əvvəl Mərkəzi Klinik Xəstəxanaya gələrək Qorbaçovun tabutunun kənarına gül dəstəsi qoyub. 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Qorbaçovla vida mərasimi sentyabrın 3-ü təşkil ediləcək. Lakin Rusiya Prezidentinin qrafiki sözügedən mərasimdə iştirak etməyə uyğun gəlmir.

Xatırladaq ki, Mixail Qorbaçov vəsiyyət etdiyi kimi, həyat yoldaşı Raisa Qorbaçovanın yanında Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunacaq.

Sfera.az