📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin razılaşdı: Ukraynaya əlavə qüvvələr göndərilir

2022-03-11 13:24:00

Putin razılaşdı: Ukraynaya əlavə qüvvələr göndərilir

Rusiya lideri Vladimir Putin Ukraynadakı hərbi əməliyyatlara könüllülərin cəlb edilməsi barədə təkliflə razılaşıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə qərar Təhlükəsizlik Şurasının hazırda davam edən iclasında qəbul edilib.

Putin, həmçinin Şoyqunun müharibədə qənimət kimi ələ keçirilən Qərb istehsalı olan hərbi texnikaların Donbasa verilməsi təklifini dəstəkləyib.