📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin rəsmən açıqladı – birləşirlər

2021-09-10 14:46:00

Putin rəsmən açıqladı – birləşirlər

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belarus həmkarı Aleksandr Lukaşenko ilə Kreml sarayında keçirdiyi 3,5 saatlıq danışıqlardan sonra təşkil edilən birgə mətbuat konfransında iki ölkə arasında 28 maddəlik “Birlik Dövləti Proqramı” ilə bağlı razılaşma əldə edildiyini bəyan edib.

Putin proqramın ümumilikdə iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrini birləşdirməyi, birgə maliyyə və enerji bazarları yaratmağı, birgə sənaye və kənd təsərrüfatı siyasətlərinin aparılmasını nəzərdə tutduğunu söyləyib.

Putin 10 sentyabr tarixində, Belarusun paytaxtı Minsk şəhərində İttifaq Dövləti Nazirlər Şurasının iclasında proqramın təsdiqlənəcəyini, bundan sonra isə ilin sonuna qədər toplaşması planlaşdırılan İttifaq Dövləti Ali Şurasında qəbul ediləcəyini qeyd edib. Putin Belarusa verilən təbii qazın gələn il də bu ildə olduğu kimi 128,5 dollara satılacağını söyləyib.

Belarus Prezidenti Aleksandr Lukaşenko İttifaq Dövləti proqramının iki ölkəninin iqtisadi təşkilatları üçün bərabər şərtlər təmin elədiyini diqqətə çatdırıb: “İnteqrasiya nə Belarus, nə də Rusiya xalqı üçün zərərli deyil, qarşılıqlı mənfəət xüsusiyyətinə malikdir”. Lukaşenko Belarus ilə Rusiya arasında vahid pul vahidinə keçid məsələsinin hər iki ölkənin Mərkəzi Banklarının tələbi ilə gündəlikdən çıxarıldığını, lakin gələcəkdə yenidən qaldırıla biləcəyini söyləyib.