📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Rusiya müsəlmanlarını təbrik etdi

2025-06-06 10:33:49

Putin Rusiya müsəlmanlarını təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

O, təbrikində bu bayramın insanları birləşdirməyə xidmət etdiyini, dindarlara əcdadlarının zəngin tarixi-mənəvi irsinə qovuşmaq sevinci yaşatdığını bildirib.

Qeyd edək ki, Rusiyada yaşayan müsəlmanlar iyunun 5-6-da Qurban bayramını qeyd edirlər.

Qafqazinfo.az