📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Rusiyanın NATO üzvü olmasını istəyib? Alyansın keçmiş başçısından qalmaqallı açıqla

2021-11-04 13:06:00

Putin Rusiyanın NATO üzvü olmasını istəyib? Alyansın keçmiş başçısından qalmaqallı açıqla

Hurriyyet.az Türkiyənin “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, NATO-nun keçmiş Baş katibi Corc Roberton Rusiya Prezidenti Vladimir Putin ilə bağlı qalmaqallı bir açıqlama verib.  NATO-nun keçmiş rəhbəri Putin ilə keçmişdəki görüşündən bəhs edib.

Belə görünür ki, 2000-ci illərin əvvəllərindəki diplomatik danışıqlar uğurla nəticələnsəydi, bu gün dünyada vəziyyət fərqli olacaqdı.

1999-2004-cü illərdə NATO-nun başçısı olmuş Roberton Rusiya Prezidenti Vladimir Putinin iqtidara gəldiyi ilk dövrlərdə alyansa qoşulmaq istədiyini açıqlayıb. Onun sözlərinə görə, Putin görüşlərin birində Rusiyanın Qərbi Avropanın bir parçası olmasını açıq şəkildə bildirib. Transatlantika ittifaqının keçmiş rəhbəri deyib: 

“O zaman Rusiyanın təhlükəsiz, sabitlik hökm sürən, firavan Qərbin bir parçası olmasını istədilər. Putin mənə “Bizi nə vaxt NATO-ya qoşulmağa dəvət edəcəksiniz?” sualını verdi. Mən NATO-nun ölkələri dəvət eləmədiyini, dövlətlərin özlərinin qoşulmaq üçün müraciət etməli olduğunu söylədim. Putin isə cavabında “Mühüm olmayan bir çox dövlətlə bir sırada deyilik” deyə, NATO üçün növbə gözləməyəcəklərinə işarə vurdu”. 

Hürr Tərcüman