📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Rusiyanın TŞ-nın katibi Nikolay Patruşevin köməkçisini işdən çıxarıb-gunahı yəhudi xasidlər haqqında xoşagəlməz sözlər olub

2023-01-20 17:35:00

Putin Rusiyanın TŞ-nın katibi Nikolay Patruşevin köməkçisini işdən çıxarıb-gunahı yəhudi xasidlər haqqında xoşagəlməz sözlər olub

Rusiya prezidenti Vladimir Putin cümə günü Aleksey Pavlovun Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Səbəblər fərmanda göstərilməyib.
Qalmaqalın qəhrəmanı TŞ-nin katibi Nikolay Patruşevin köməkçisi general-leytenant Pavlovdur. Yəhudi icmasını incidən sözlərinə görə isə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev üzr istəməli olub.
Oktyabrın 25-də Pavlovun "Arqumentı and Factı" nəşrinin saytında dərc olunan "İfritənin qazanında nə bişirilir. Ukraynada neopqanizmlər güclənib" məqaləsində o iddia edib ki, "Vaşinqtonun hakimiyyət kürsüsünə oturtduğu ifaçılar " 2014-cü ildən sonra Ukraynanı "totalitar hipersektaya" çevirib. Pavlov Lyubaviç xasidlərini “döyüşkən fanatiklər” sektalar sırasına aid edib. “Lyubaviç xasidliyinin əsas həyat prinsipi məzhəb tərəfdarlarının bütün millət və xalqlardan üstünlüyüdür”, deyə Pavlov yazıb.
Bu ifadələr Rusiyanın baş ravvini Berl Lazarın kəskin reaksiyasına səbəb olub. O, bunları “milyonlarla mömin yəhudiyə” təhqir adlandırıb və deyib ki, Lyubaviç xasidləri və Xabad hərəkatı bir təriqət deyil, qanuni yəhudilik məktəbidir. Pavlovun sözləri “vulqar antisemit cəfəngiyyatı adlandırıla və yan keçilə bilərdi”, amma baş ravvin bunu mümkün saymayıb.
Daha sonra “Arqumentı i faktı” Pavlovun “Lyubaviç xasidləri haqqında yanlış sətirləri ehtiva edən” məqaləsinə görə Patruşevin üzrxahlığını dərc edib. Patruşev bəyan edib ki, generalın yazdıqları Rusiya Təhlükəsizlik Şurasının mövqeyi sayıla bilməz.

Ülviyyə, Hurriyyet.az