📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

2026-08-12 21:11:50

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin sentyabrda keçiriləcək parlament seçkilərindən dərhal sonra yeni səfərbərlik dalğasına hazırlaşdığını bəyan edib.

Hurriyyet.Media  xəbər verir ki, dövlət başçısı bu barədə öz teleqram kanalında paylaşdığı müraciətində bildirib.

Zelenski Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Oleq İvaşşenkonun məruzəsinə söykənərək Rusiyanın bu hazırlıqları təsdiqlədiyini diqqətə çatdırıb:

“Onlar payızda, formal parlament seçkilərindən dərhal sonra səfərbərliyə hazırlaşırlar. Putinin planı elə də mürəkkəb deyil: o, guya rusların müharibəni dəstəklədiyini göstərmək istəyir. Seçkiyə buraxılan bütün partiyalar bu və ya digər şəkildə sülhün əleyhinədir. Rusiya Prezidenti ilin sonunadək yüz minlərlə rusiyalının təcili səfərbərliyini, gələn il isə bir o qədər də insanın ordubölüklərinə cəlb olunmasını planlaşdırır”.

Ukrayna lideri əlavə edib ki, hazırda Rusiya ordusunun Ukrayna ərazisindəki aylıq itkisi ən azı 30 min nəfər təşkil edir və onların 60 faizi həlak olanlardır:

“Kreml rəhbərliyi əlavə səfərbərlik və Şimali Koreyadan canlı qüvvə gətirməklə müharibəni uzatmağa və hücumları artırmağa çalışır. Ukrayna tərəfi bu planların həyata keçirilməsini çətinləşdirmək üçün aktiv cavab tədbirlərinə hazırlaşır”.