Putin seçkilərdə BELƏ SƏS VERDİ
2026-09-18 20:43:40
Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına keçirilən seçkilərdə elektron səsvermə sistemi vasitəsilə onlayn şəkildə səs verib.
Hurriyyet.media xəbər verir ki, Kremlin mətbuat xidməti tərəfindən yayımlanan video görüntülərdə dövlət başçısının öz iş otağında kompyuter arxasına keçərək elektron bülleteni doldurduğu və səsvermə prosesini uğurla tamamladığı əks olunub.
Rusiya lideri elektron sistem vasitəsilə öz seçimini etdikdən sonra ekranda səsvermənin qeydə alındığına dair təsdiq mesajı nümayiş etdirilib.