📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Sergey İvanovu xüsusi nümayəndəsi vəzifəsindən azad edib

2026-02-04 18:46:40

Putin Sergey İvanovu xüsusi nümayəndəsi vəzifəsindən azad edib

Rusiya Prezidenti Vladimir Putin Sergey İvanovu ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Putin bu gün sərəncam imzalayıb.

Qeyd edək ki, İvanov Putinlə birlikdə KQB-də çalışıb. İvanov Rusiya Federasiyasında isə Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb.