📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin, Şoyqu, Lavrov, Mişustinə Yeni Zelandiyaya giriş qadağan olundu

2022-03-07 21:32:00

Putin, Şoyqu, Lavrov, Mişustinə Yeni Zelandiyaya giriş qadağan olundu

Yeni Zelandiya hökuməti aralarında Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu və baş nazir Mixail Mişustinin də olduğu 100 rusiyalıya sanksiya tətbiq edib.

Bu barədə ölkənin Xarici İşlər və Ticarət Nazirliyi məlumat yayıb. Məlumata görə, sanksiya Ukraynadakı hərbi əməliyyatlarla əlaqəli şəxslərin Yeni Zelandiyaya girişinə qadağanı nəzərdə tutur.

Yeni Zelandiyanın baş naziri Jasinda Ardern və xarici işlər naziri Nanaya Mauta hələ fevralın 24-də ölkənin Rusiya rəsmilərinə qarşı sanksiyalar hazırladığını bildirmişdilər. \\Demokrat.az