📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Şoyqunu aşağıladı – Video

2023-06-14 11:23:00

Putin Şoyqunu aşağıladı – Video

Rusiya Prezidenti Vladimir Putinin Mərkəzi Hərbi Hospitala baş çəkərkən müdafiə naziri Sergey Şoyquya münasibətdə davranışları diqqət çəkib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Putin Şoyquya itaətsizliklə arxa çevirib. Bu gülməli səhnə Şoyqunu pis vəziyyətə salıb. Putin bu addımı ilə müdafiə nazirini aşağılayıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, əvvəllər Putinlə Şoyqunun yaxın münasibəti olub, onlar birlikdə çox vaxt keçirib, tətilə gediblər. Amma indi Rusiya Müdafiə Nazirliyi Ukraynadakı uğursuzluqlarına görə getdikcə daha çox tənqid olunur:

“Putin istərdi ki, əhalinin və xüsusən də əsgərlərin qəzəbi özünə deyil, Şoyquya yönəlsin”.

axar.az