Putin: “Sülhməramlılar Qazaxıstandan çıxarılacaqlar”
2022-01-10 13:30:00
“Qazaxıstan Prezidentinin lazım bildiyi qədər orada qalacaqlar”
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin sülhməramlı kontingentin Qazaxıstandan çıxarılacağını söyləyib.
Putin KTMT Şurasının növbədənkənar sessiyasındakı çıxışında “sülhməramlıların öz vəzifələrini yerinə yetirdikdən sonra sözsüz ki, tam tərkibdə Qazaxıstanın ərazisindən çıxarılacaqlarını” bildirib. Putin deyib: “Qazaxıstana KTMT-nin kollektiv sülhməramlı qüvvələri göndərilib və qeyd eləmək istəyirəm ki, məhdud bir dövr ərzində - Qazaxıstan Prezidetinin mümkün hesab elədiyi zaman müddətində orada qalacaqlar”.
Hürr Tərcüman