"Putin tarixə I Pyotrun Avropa açdığı pəncərəni bağlayan avtoritar lider kimi düşəcək" - XAQANİ CƏFƏRLİ
"I Pyotru rus hökmdarları arasında müstəsna mövqe sahibi edən onun Avropaya pəncərə açması, Rusiyanı Asiya dövlətindən Avropa dövlətinə, rus xalqını da Asiya xalqından Avropa xalqına çevirməsidir"
"İsrailin keçmiş prezidenti mərhum Şimon Peres Rusiya prezidenti Vladimir Putinlə danışıqları ilə bağlı sonralar siyasi liderlərlə bağlı xatirələrini danışərkən belə deyib: "Putinə dedim ki, düşmənlər və düşmənçilik həyatda ən böyük israfdır. Siz axmaqlığa sərmayə qoyursunuz". Polşanın Rusiya ilə sərhəddə hasar çəkmək qərarını eşidəndə mərhum Şimon Peresin müdrik sözlərini xatırladım". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloq qeyd edib ki, I Pyotru rus hökmdarları arasında müstəsna mövqe sahibi edən onun Avropaya pəncərə açması, Rusiyanı Asiya dövlətindən Avropa dövlətinə, rus xalqını da Asiya xalqından Avropa xalqına çevirməsidir: "Vladimir Putin isə tarixə I Pyotrun Avropa açdığı pəncərəni bağlayan avtoritar lider kimi düşəcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az