Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi
2022-04-15 14:52:00
Bu gün Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə humanitar siyasət konsepsiyasını müzakirə etmək üçün operativ iclas keçirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.
Onun sözlərinə görə, "Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirilib.
"Aktual cari məsələlərlə yanaşı, Rusiya Federasiyasının humanitar siyasət konsepsiyasına da planlı şəkildə baxılıb. Əslində, prezident bununla bağlı bir neçə kəlmə də deyib. Videogörüntülər hazırda yayımlanmaq üçün hazırlanır”, - deyə Peskov qeyd edib.
O əlavə edib ki, iclasda Təhlükəsizlik Şurasının bütün daimi üzvləri iştirak ediblər.