📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Putin tələyə düşdü” – Rus mediası

2022-09-13 15:14:00

“Putin tələyə düşdü” – Rus mediası

Rusiyanın Ukraynadakı uğursuzluğu Rusiya mediasının gündəmindədir. Kremlin nəzarətində olan dövlət televiziyasında vəziyyətlə bağlı maraqlı iddia irəli sürülüb.

Keçmiş parlament üzvü Boris Nadejdin canlı yayımda "Putin tələyə düşüb" deyib və Putinin müşavirlərini günahlandırıb:

“Putinə əməliyyatın sürətli və təsirli olacağını bildirənlər... bu adamlar hamımızı tələyə salıblar”.