📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putin Türkiyənin təklifi ilə razılaşıb, Zelenski isə "yox" deyib"

2024-09-10 12:38:16

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sözlərinə görə, Ukrayna ordusunun Kurska müdaxilə etməsindən əvvəl RF Prezidenti V.Putin Türkiyənin energetika, ticarət obyektlərinə və mülki donanmaya zərbələrdən imtina etmək təklifi ilə razılaşıb, Kiyev isə bundan imtina edib.
Şoyqu deyib: "Türkiyə bizə energetika obyektlərinə, atom stansiyalarına, Qara dənizdəki mülki ticarət gəmilərinə zərbələr endirməməyi təklif etmişdi. Bizim Prezidentimiz dedi: "Bəli, gəlin belə bir qərar qəbul edək". Bundan bir qədər sonra Ukrayna hakimiyyətinin: "Yox-yox, biz belə bir razılaşma qəbul edə bilmərik", - deməsi bizdə də böyük təəccüb doğurdu.
Hürr Tərcüman