Putin Türkiyəyə gedə biləcəkmi? – Ərdoğan açıqlama verdi
2023-03-30 08:34:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan aprelin 27-də RF Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin mümkün olduğunu bəyan edib. Həmin gün Mersin bölgəsindəki “Akkuyu” Atom Elektrik Stansiyasının işə salınması gözlənilir. Bu münasibətlə təntənəli mərasim keçiriləcək.
Ərdoğanın sözlərinə görə, Vladimir Putin mərasimdə həm əyani olaraq, həm də videokonfrans vasitəsi ilə iştirak edə bilər.
Ərdoğan Ankaranın Moskva ilə Kiyev arasındakı münaqişənin həlli üçün səy göstərməyə davam edəcəyini də əlavə edib.
Hürr Tərcüman