📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Türkiyəyə gedəcəkmi? Ərdoğan sualın cavabını açıqladı

2023-07-08 10:43:00

Putin Türkiyəyə gedəcəkmi? Ərdoğan sualın cavabını açıqladı

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan gələn ay Rusiya Prezidenti Vldaimir Putinin Türkiyəyə gələ biləcəyini bəyan edib.

Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib: "Biz həm Rusiya, həm də Ukrayna ilə əsir mübadiləsi barəsində danışıqlar aparmağa davam edirik. Gələn ay Prezident Putin Türkyəyə səfər edəcək. Onunla bu məsələni üzbəüz müzakirə eləmək imkanımız olacaq. Hələlik Putinlə bu məsələləri telefon söhbətləri çərçivəsində müzakirə edirik. Yaxın zamanda nəticələr əldə edəcəyimizə inanırıq".

Hürr Tərcüman