Putin Türkiyəyə gedir: dəqiq tarix... - Peskov
2022-06-01 15:14:00
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixləri diplomatik kanallarla razılaşdırılır.
Hurriyyet.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Belə bir dəvət var və səfərin tarixi də diplomatik kanallarla razılaşdırılır”, - Peskov bildirib.
Qeyd edək ki, “Yeni Şəfəq” qəzeti Vladimir Putinin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvətilə Ankaraya səfər edəcəyini yazmışdı.