Putin Türkiyəyə getməkdən niyə qorxur?
Türkiyə mənbələri Rusiya prezidenti Vladimir Putinin Ankara səfərinin təxirə salınmasının səbəbini açıqlayıb. Ərdoğan administrasiyasının anonim rəsmisinin sözlərinə görə, problem “texniki” olub və təhlükəsizlik protokolu ilə bağlı olub.
Belə ki, prezident Putin təyyarəsinin bütün marşrut boyu ölkkəsinin qırıcıları tərəfindən müşayiət olunmasını təkid edib. Lakin Türkiyə NATO şəbəkəsinə inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemini sıradan çıxara bilməyəcəyini izah edərək bununla razılaşmayıb.
Ankara sərhədi keçən andan təhlükəsizlik zəmanəti təklif edib, lakin görünür, Moskva bunu yetərli saymayıb. Bu da göstərir ki, Putinin Ukraynadan, xüsusən də Qara dənizlə bağlı mümkün təhlükələrdən qorxduğuna dair eyhamlar var.
Və ya bu gedişat Putinin Türkiyəyə səfər etmək istəmədiyini və bunun üçün də qırıcılarla müşayiət olunmaq bəhanəsini ortaya atdığını göstərə bilər.
Ülviyyə, Hurriyyet.az