Putin üçüncü doza peyvənddən sonra özünü normal hiss elədiyini bildirib
2021-11-24 17:23:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin yeni tipli koronavirusa qarşı növbəti dəfə peyvənd olunub.
Putin bu gün hökumət üzvləri ilə keçirdiyi müşavirədə Kovid-19-a qarşı nazal vaksin qəbul elədiyini və prosedurdan sonra heç bir dəyişiklik hiss eləmədiyini bildirib.
Putin martda Sputnik peyvəndi ilə vaksinasiya olunub. O ikinci dozanı apreldə təkrarlayıb.
Hürr Tərcüman