Putin Ukrayna silahlı qüvvələrinin hücumunu Lukaşenko ilə müzakirə edib
Hurriyyet.az xəbər verir ki, çərşənbə günü, 31 dekabrda Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.
Məlumata görə, "Prezidentlər son günlərin vəziyyətini, o cümlədən Rusiya prezidentinin iqamətgahına dron hücumu ilə bağlı hadisələri müzakirə ediblər".
Lukaşenko Ukrayna Silahlı Qüvvələrinin Rusiya liderinin iqamətgahına hücumunu "dövlət səviyyəsində ən vəhşi terror aktı" adlandırıb.
Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov 28-29 dekabr tarixləri arasında hava hücumundan müdafiə vasitələrinin Vladimir Putinin Novqorod vilayətindəki dövlət iqamətgahına Ukrayna Silahlı Qüvvələrinin 91 hücum dronunun hücumunu dəf etdiyini bildirib. Hücum təxminən saat 19:20-də başlayıb.
Hurriyyet.az