📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin: "Ukraynaya yadplanetlilər rəhbərlik edir"

2024-09-05 12:37:12

Putin:

Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putin Ukraynaya hazırda "yadplanetlilərin və ya əcnəbi yadellilərin" rəhbərlik elədiklərini və bu rəhbərliyin ölkə barəsində düşünmədiklərini axırıncı ukraynalıya qədər savaşmağa hazır olduqlarını bildirib. Putin bu sözləri Şərq İqtisadi Forumunun plenar sessiyasındakı çıxışında söyləyib.
Putin cəbhədə verilən itkilərdən sonra Ukrayna hakimiyyətinin çağırış yaşını azaltmalı olduğunu və "uşaqları səfərbər edəcəklərini" deyərək əlavə edib: "Lakin heç bu da problemi həll edə bilməyəcək. Ukrayna elitası öz vətəndaşları barəsində düşünmür".
Hürr Tərcüman