📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin və Ərdoğan bunu qarşılarına məqsəd qoyublar

2024-06-09 00:25:48

Putin və Ərdoğan bunu qarşılarına məqsəd qoyublar

Moskva və Ankara Rusiyanın təklif etdiyi "qaz qovşağı" layihəsini yüksək qiymətləndirirlər.

Hurriyyet.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar bildirib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin Türkiyədə təbii qaz ticarəti mərkəzi yaratmağı qarşılarına məqsəd qoyublar. Biz yol xəritəsini bu məqsədlə bağlı gördüklərimiz və bundan sonra da görəcəyimiz işlər baxımından qiymətləndirdik", - nazir qeyd edib.