📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin və Ərdoğan Fələstin-İsrail münaqişəsini müzakirə edib

2023-10-10 23:37:58

Putin və Ərdoğan Fələstin-İsrail münaqişəsini müzakirə edib

Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər Fələstin-İsrail münaqişəsini müzakirə ediblər, o cümlədən gərginliyin yayılmasının qabaqlayıcı tədbirləri ətrafında fikir mübadiləsi aparıblar.

Türkiyə Prezidenti mülki obyektlərin vurulmasından narahatlığını ifadə edib.

Ərdoğan Türkiyənin bölgədə əmin-amanlığı təmin etməsi üçün hər cür təşəbbüsləri göstərməyə davam edəcəyini bildirib. \\Ölkə.az