📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin və İlham Əliyev üçtərəfli sazişləri müzakirə etdilər

2022-12-12 13:40:00

Putin və İlham Əliyev üçtərəfli sazişləri müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Bakı, İrəvan və Moskva arasında üçtərəfli sazişlərin icrasını müzakirə edib.

Hurriyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və bu ilin 31 oktyabr tarixli sazişlərinin icrasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib”, - məlumatda bildirilib.

Qeyd edilib ki, gələcək təmaslar barədə də razılıq əldə olunub.