Putin və Makron yenə Qarabağı müzakirə edəcək
2021-12-15 17:39:00
Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin bu ilin sonuna qədər növbəti danışıq aparmaq barədə razılaşıblar.
Hurriyyet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib
“Prezidentlər müzakirə olunmuş məsələlərə yenidən qayıtmaq üçün növbəti dəfə danışmaq barədə razılaşıblar”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin arasında dünən baş tutan telefon danışığı zamanı Belarus-Polşa sərhədi, Ukrayna və Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib.