📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin və Paşinyan Ermənistandakı rus hərbi bazasını müzakirə edəcək

2026-11-27 18:40:08

Putin və Paşinyan Ermənistandakı rus hərbi bazasını müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdakı danışıqlarda Rusiyanın Ermənistandakı hərbi bazası məsələsini müzakirə edəcəklər.

Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O qeyd edib ki, Paşinyanın Rusiyaya səfəri bir müddət əvvəl planlaşdırılıb və Kreml hazırda səfərə hazırlıq görür.

Peskov Ermənistanın Avropa İttifaqına inteqrasiya kursuna da münasibət bildirib:

“Ermənistanın Avropa İttifaqına yönəlməsi və Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığı davam etdirmək istəyi bir-biri ilə uzlaşmır”.