📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin və Paşinyan RAZILAŞDILAR

2021-11-16 21:32:00

Putin və Paşinyan RAZILAŞDILAR

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş vermiş bir sıra insidentlərdən sonra yaranmış vəziyyəti müzakirə ediblər.

Bununla bağlı təmasların davam etdirilməsi razılaşdırılıb. \\APA