Putin xarici ölkələrə hərbi əməkdaşlıq təklif etdi
2023-08-14 17:42:00
Rusiya digər ölkələrlə hərbi əməkdaşlığı inkişaf etdirməyi, o cümlədən birgə hərbi təlimlərin keçirilməsini təklif edir.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Ordu-2023" beynəlxalq hərbi-texniki forumunda deyib.
"Biz müxtəlif istiqamətlərdə, o cümlədən kadr hazırlığı, Xarici Hərbi qulluqçuların təlim-tərbiyəsi və ixtisaslarının artırılması, birgə komanda-qərargah və digər təlimlərin keçirilməsində əməkdaşlığın inkişaf etdirilməsini təklif edirik. Ümid edirik ki, əvvəlki kimi forum çərçivəsində mühüm sazişlər və ixrac müqavilələri imzalanacaq", - Putin bildirib./Axar.az/