📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin yeni nəqliyyat naziri təyin edib

2025-07-08 19:21:46

Putin yeni nəqliyyat naziri təyin edib

Rusiya Prezidenti Vladimir Putin yeni nəqliyyat naziri təyin edib.

Putinin fərmanı ilə bu posta Novqorod vilayətinin keçmiş qubernatoru və nəqliyyat nazirinin müavini Andrey Nikitin gətirilib.

Qeyd edək ki, ötən ilin may ayında bu vəzifəyə təyin olunan Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt dünən Putin tərəfindən istefaya göndərilib. İstefadan bir neçə saat sonra onun yaşadığı Odintsovo rayonunun ərazisində güllə yarası almış meyiti tapılıb. Starovoytun intihar etdiyi bildirilib. \\APA