Putin Yeyskdəki yanğında zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə göstəriş verib - YENİLƏNİB-2
Rusiya Prezidenti Vladimir Putin Yeyskdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə göstəriş verib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı vəziyyətlə bağlı nazirlərin və rayon rəhbərinin məruzələrini dinləyib.
Faktla bağlı artıq cinayət işi başlanılıb.
Qeyd edək ki, “Su-34” təyyarəsi Yeysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşüb. Qəza nəticəsində əmələ gələn yanğın 9 mərtəbəli binaya keçib. Rusiya Müdafiə Nazirliyi qəzanın təyyarə havaya qalxarkən mühərriklərdən birinin alovlanması nəticəsində baş verdiyini bildirib. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur. \\Report
20:24
Rusiyanın Yeysk şəhərində hərbi təyyarənin yaşayış binasının üzərinə düşməsi ilə bağlı 3 saylı yanğınsöndürmə dərəcəsi elan edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən TASS-a bildirilib.
Yanğın sahəsi təxminən 2 min kvadratmetrdir. Ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.
Şəhər administrasiyasının nümayəndəsinin sözlərinə görə, sosial obyektlərə ziyan dəyməyib. \\Report
19:50
Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşərək yanğına səbəb olub.
Hadisə şahidlərinin sözlərinə görə, ev birinci mərtəbədən 9-cu mərtəbəyə qədər yanır. Yanğın binanın 15 mənzilini bürüyüb.
Məlumata görə, qəzaya uğrayan "Su-34" qırıcısı olub. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.
\\Report