📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin yol gedərkən nə ilə məşğul olur?

2021-12-17 23:52:00

Putin yol gedərkən nə ilə məşğul olur?

Rusiya Prezidenti Vladimir Putin yolda olarkən adətən fərmanları, sertifikatları, müraciətləri, məktubları oxuyur, bəzən mətbuata da baxır.

Bu bardə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

“Onun təyyarədə həmişə qəzetləri olur. Hərdən onları vərəqləyir, oxuyur. İstəyəndə ona bir çamadan gətirilir, orada gündəlik bir paket fərman, məktub, müraciət, arayış və s. olur. Onların hər birini oxumaq, imzalamaq və ya dərhal kiməsə zəng etmək, göstəriş vermək və ya əlavə məlumat tələb etmək lazım olur", - deyə Peskov Prezidentin yolda nə ilə məşğul olması ilə bağlı suala cavabında deyib. \\Qafqazinfo