Putin Ziniçevlə vida mərasimində göz yaşlarını saxlaya bilmədi - VİDEO
Rusiya Federasiyası Prezidenti Vladimir Putin Fövqəladə Hallar naziri Yevgeni Ziniçevin yas mərasiminə qatılıb.
Hurriyyet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, mərasim Moskvada Milli Böhran İdarəetmə Mərkəzində keçirilib.
Mərhumu son mənzilə yola salmağa gələnlər arasında Rusiyanın dövlət başçısı ilə yanaşı, bir sıra ictimai dövlət xadimləri, o cümlədən siyasətçilər də iştirak ediblər.
Mərasim zamanı ən çox diqqət çəkən məqam Putinin Ziniçevin tabutu üzərinə başını qoyaraq ağlaması olub. Prezidentin bu görüntüləri bir çox sosial şəbəklərdə paylaşılaraq rezonans doğurub.
Qeyd edək ki, Ziniçev Norilskdəki məşq zamanı rejissor Aleksandr Melniki xilas etməyə çalışarkən vəfat edib. 55 yaşlı məmur 2018-ci ildən nazir postunu tutub. 2020-ci ildə ordu generalı rütbəsinə layiq görülüb.