Putindən Ermənistana MÜHÜM ÇAĞIRIŞ
2021-09-30 15:36:00
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə keçirilən görüşdə Suriya, Əfqanıstan, Liviya və Qarabağla bağlı məsələləri müzakirə ediblər.
Hurriyyet.az Konkret.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskovun sözlərinə görə, tərəflər görüş zamanı regional problemlərə xüsusi diqqət ayırıblar:
“Rusiya tərəfi bildirib ki, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı kompromisli həll axtarmalıdırlar”.