📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putindən Gürcüstanı qəzəbləndirəcək addım: “Bunu davam etdirəcəyik”

2021-09-30 17:53:00

Putindən Gürcüstanı qəzəbləndirəcək addım: “Bunu davam etdirəcəyik”

Rusiya Prezidenti Vladimir Putin Gürcüstanın işğal edilmiş Abxaziya bölgəsindəki separatçıların başçısı Aslan Bjaniyaya “Qələbə və müstəqillik günü” münasibətilə təbrik teleqramı göndərib.

Hurriyyet.az Konkret.az-a istinadən xəbər verir ki, Putin təbriklərində iki ölkə arasındakı əlaqələrin müttəfiqlik və strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini vurğulayıb.

“Rusiya təxirəsalınmaz iqtisadi və sosial problemlərin həllində, eləcə də milli təhlükəsizliyin təmin edilməsində abxaz dostlarına hərtərəfli yardım göstərməyə davam edəcək”, – Putin qeyd edib.

Rusiya işğal edilmiş Abxaziyanın “müstəqilliyini” 2008-ci ildə tanıyıb