📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putindən Makronun Qarabağla bağlı bəyanatına - Reaksiya

2022-10-14 12:57:00

Putindən Makronun Qarabağla bağlı bəyanatına - Reaksiya

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronun Rusiyanın Qarabağ məsələsi və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasındakı rolu barədə açıqlamasını səhv və qəbuledilməz adlandırıb. 

Hurriyyet.az xəbər verir ki, Putin bu barədə Astanada MDB dövlət başçıları Şurasının iclasında danışıb.

Putinin sözlərinə görə, Rusiya səmimi olaraq hər zaman Qarabağ da daxil olmaqla istənilən münaqişələrin həllinə çalışıb.

qafqazinfo.az