PUTİNDƏN NÜVƏ MÜHARİBƏSİ İLƏ BAĞLI AÇIQLAMA
2023-06-16 20:10:00
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasındakı çıxışında nüvə silahından istifadənin nəzəri cəhətdən mümkün olduğunu söyləyib.
Lakin o, nüvə zərbəsi endirməyə mənfi yanaşdığını da bəyan edib. Onun sözlərinə görə, nüvə silahından yalnız Rusiya Federasiyasının mövcudluğunun təhlükə altında olduğu zaman istifadə edilə bilər.
Putin onu da qeyd edib ki, Rusiyanın taktiki nüvə silahı NATO-nun eyni silahından daha çoxdur. Putin deyib: “Məhz buna görə də, NATO bu silahları bizimlə birlikdə ixtisar eləməyə çalışır. Lakin biz bunu etməyəcəyik”.
Hürr Tərcüman