Putindən sülhməramlılarla bağlı açıqlama: 2025-ci ilin noyabrına kimi...
2023-10-13 20:32:41
Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyi barədə danışıb.
Putin Bişkekdə MDB liderlərinin sammitinin yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib ki, formal olaraq Qarabağda Rusiya sülhməramlıları 2025-ci ilin noyabrına kimi qalmalıdır.
“Bu məsələ danışıqlar zamanı həll olunacaq”, - o qeyd edib./APA