Putindən Zimbabve liderinə helikopter hədiyyəsi
2023-07-27 22:12:00
Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika Sammiti zamanı zimbabveli həmkarı Emmerson Mnanqaqvaya prezident helikopterlərindən birini hədiyyə edib.
Hurriyyet.Az xəbər verir ki, Yaxın vaxtlarda Zimbabveyə göndəriləcək helikopterə baxış keçirən Mnanqaqva hər iki ölkənin Qərb sanksiyalarına məruz qaldıqları üçün əməkdaşlıq etməli olduqlarını bildirib.
Qeyd edək ki, Zimbabvenin müstəqillik mübarizəsindən bəri Rusiya ilə sıx əlaqələri var.
Afrikadan bir çox rəsmilərin iştirak etdiyi və bu gün Sankt-Peterburqda başlayan Rusiya-Afrika Sammiti sabah başa çatacaq.
Mənbə: NOCOMMENT.AZ