📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinə kimlər zəng edib dəstək verdi?

2023-06-24 15:01:00

Putinə kimlər zəng edib dəstək verdi?

Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə telefon danışığı aparıb.

Hurriyyet.az Interfax-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib: “Prezident vəziyyətlə bağlı həmsöhbətlərini məlumatlandırıb”.

Daha əvvəl Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat vermişdi ki, Tokayev Putinlə söhbəti zamanı qeyd edib ki, “baş verən hadisələr Rusiyanın daxili işidir. Vladimir Putin Qazaxıstanın Rusiya Federasiyasındakı mövcud vəziyyəti başa düşdüyünə görə təşəkkür edib”.

yenisabah.az