Putinə nə olub? - Kreml açıqladı
2023-10-24 15:30:10
Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin səhhətində problem yaranması ilə bağlı iddialara cavab verib.
Hurriyyet.az xəbər verir ki, o bu iddiaları axmaqlıq adlandırıb.
“Rusiya prezidenti ilə bağlı hər şey qaydasındadır. Bu, onun haqqında sadəcə uydurmadır”, - Peskov deyib.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinin ürəyinin dayandığı, daha sonra özünə gəldiyinə dair məlumatlar yayılmışdı./axar.az/