📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinə sui-qəsdi kimlər hazırlayıb? - Kreml bəyan etdi

2024-07-18 23:49:04

Putinə sui-qəsdi kimlər hazırlayıb? - Kreml bəyan etdi

Rusiya Xarici İşlər Nazirliyi prezident Vladimir  Putinə qarşı sui-qəsd cəhdinin  anqlosaksların iştirakı ilə planlaşdırıldığını və maliyyələşdirildiyini bəyan edib.
Bu barədə  RF XİN-nin iyulun 18-də yayadığı bəyanatda deyilir.
Rusiya Xarici İşlər Nazirliyi  bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsdin əvvəllər Ukrayna  müdafiə nazirliyinin kəşfiyyat idarəsinin  rəisi Kirill Budanov tərəfindən də səsləndirilib. 
İyulun 13-də Budanov bildirib ki,  Putinə sui-qəsd cəhdləri təşkil edilib , lakin bu, uğursuz alınıb.
Rusiya prezidentinin  mətbuat katibi Dmitri Peskov isə bildirib ki, belə təhdidlər olub, amma  Putinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunduğundan uğursuz olub.
RF XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, sui-qəsd planı ABŞ-ın pulu ilə hazırlanıb. \\Ölkə.Az