📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Putinə və ya Moskvaya hücum etmirik, öz ərazimizdə döyüşürük”

2023-05-03 21:59:00

“Putinə və ya Moskvaya hücum etmirik, öz ərazimizdə döyüşürük”

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 3-nə keçən gecə Kremlə pilotsuz təyyarə ilə hücumda Kiyevin əli olması iddialarını təkzib edib.

Bu haqda UNİAN məlumat yayıb.

“Sözlərimi təkrarlaya bilərəm. Düşünürəm ki, bu, hamıya aydın olacaq. Biz Rusiya prezidenti Vladimir Putinə və ya Moskvaya hücum etmirik, biz öz ərazimizdə döyüşürük, şəhərlərimizi və kəndlərimizi qoruyuruq”, - deyə Zelenski Finlandiyaya səfəri zamanı mətbuat konfransında bildirib. \\Redaktor.Az