📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putini sammitdə o əvəz edəcək

2023-08-29 00:15:44

Putini sammitdə o əvəz edəcək

Rusiya Prezidenti Vladimir Putin Yeni Dehlidə keçiriləcək G20 sammitində ölkənin nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrovun başçılıq etməsi barədə qərar verib.

Bu haqda “India Today” məlumat yayıb.

Bildirilib ki, Rusiya dövlət başçısı bunu Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığında deyib:

“Prezident Putin Baş nazir Modiyə sentyabrın 9-10-da keçiriləcək Yeni Dehli sammitində iştirak edə bilməyəcəyini bildirdi. O, həmçinin bildirib ki, Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək”. \\Tribunainfo.az