📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putini telefonla izləyiblər" iddiası ilə bağlı Kremldən açıqlama

2024-02-28 13:47:04

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov  Kremlin ölkə başçısı ilə bağlı "Wired" jurnalında dərc olunan informasiya ilə tanış olmadığını bildirib. Həmin materialda Amerikanın xüsusi xidmət orqanlarının Putini smartfonlarla izləmək cəhdlərindən bəhs edilib.

Jurnal "The Wall Street Journal" nəşrinin keçmiş əməkdaşı Bayron Taunun kitabına istinadla yazıb ki, Amerikanın "PlanetRisk" şirkəti Putini onun ətrafındakıların telefonları vasitəsi ilə izləyirmiş. İzləmə üçün smartfonların reklam izləmə texnologiyasından istifadə edilib. Telefonlar Putinin yaxın ətrafına məxsus olub və prezidentin yanında kimin olduğu, hara getdiyi barəsində məlumatları ötürüb.
"Wired" — San-Fransisko (ABŞ) və Londonda (Birləşmiş Krallıq) nəşr olunan aylıq jurnaldır, kompüter texnologiyalarının mədəniyyətə, iqtisadiyyata və siyasətə təsiri barəsində materiallar dərc edir.
Hürr Tərcüman