📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putini Ukrayna prezidenti kimi təqdim etdilər

2022-10-05 12:13:00

Putini Ukrayna prezidenti kimi təqdim etdilər

Polşa telekanallarından birində Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti kimi təqdim edilib.

Hurriyyet.az Bakupost-a istinadən xəbər verir ki, Putinin sentyabrın 30-da Donetsk və Luqansk Xalq Respublikalarının, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi münasibətilə çıxışını yayımlayan Polşanın nüfuzlu telekanallarından birinin yol verdiyi ciddi səhv diqqətdən yayınmayıb.

Beləki kanal, Putini Ukrayna prezidenti olaraq təqdim edib. Sözügedən yayımdan həmin hissə sosial şəbəkələrdə sürətlə yayılıb və ironik şərhlərə səbəb olub.