📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putini zəhərləmək istədilər? – Min nəfər işdən çıxarıldı

2022-03-19 22:03:00

Putini zəhərləmək istədilər? – Min nəfər işdən çıxarıldı

Rusiya Prezidenti Vladimir Putinlə bağlı sensasion iddia gündəmə gəlib.

Putin onu zəhərləməkdə şübhəli hesab etdiyi 1000 nəfəri işdən çıxarıb. İşdən çıxarılanlar arasında aşpaz və camaşırxana işçilərinin də olduğu bildirilir.

İddialara əsasən, Rusiya lideri həmin şəxslərin onu zəhərləyə biləcəyindən ehtiyat edib və bu səbəbdən onları işdən uzaqlaşdırmaq qərarına gəlib.

Qeyd edək ki, Rusiyanın rəsmi qurumları kütləvi ixtisarlarla bağlı hələlik rəsmi açıqlama yaymayıb. \\7times.az