Putinin adamı: “KTMT Ermənistana kömək etməyəcək”
Hurriyyet.az xəbər verir ki, rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru, RF Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü Sergey Markov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana hərbi dəstək göstərməyəcəyini bildirib. Markov öz “Feysbuk” səhifəsində yazıb: “Ermənistan kömək üçün KTMT-yə müraciət edib. KTMT Ermənistana hərbi yardım göstərməyəcək. Çünki, KTMT ölkələri Ermənistanın yox, Azərbaycanın halına yanırlar. Nə Qazaxıstan, nə Qırğızıstan, nə Tacikistan, hətta nə də xristian Belarus. Rusiya isə bu münaqişədə neytral qalmaq istəyir”.
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ötən gecə növbəti təxribatı törədən Ermənistan Azərbaycanın “Qətiyyətli cavab” əməliyyatı ilə üzləşib.
.png)
Hürr Tərcüman